Xalq artisti 9 il sonra vəzifəyə təyin edilməsindən danışdı

“Heç vaxt vəzifədə çalışmamışam, vəzifə məmurluqdur, mən aktyoram”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyin edilməsi haqda danışarkən deyib.

O, 9 il teatrdan uzaq qaldığını bildirib:

“Teatrda hər zaman rol almışam, amma 9 il əvvəl məni yaşa görə işdən azad etdilər. O vaxtdan da demək olar ki, tamaşa oynamamışdım. İndi Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor kimi dəvət ediblər. Artıq tamaşa hazırlayıb vermişəm, premyeramız oldu, özüm də tamaşada oynayıram. Teatr üçün darıxmışdım. Aktyor səhnədə olar”.

Zaira Akifqızı
Globalinfo.az