Vətənə qaytarılan əsgərdən ilk açıqlama – VİDEO

Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib.

“Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək”, – R.Pənahov vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.