Vətən Müharibəsi Qəhrəmanının xanımı da ali məktəbə daxil oldu

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova tələbə adını qazanıb.

Globalinfo.az xəbər verir ki, o,  Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.

Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi.

Xatırladaq ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.