ABŞ-ın vitse-prezidenti J.D. Vens Moskvanı Ukrayna ilə bağlı “xeyirxah danışıqlardan” imtina etməməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Vensin sözlərinə görə, əks halda bu, Rusiya üçün çox pis və dəhşətli nəticələr doğuracaq.
O vurğulayıb ki, Prezident Donald Tramp mövqeyini açıq şəkildə bildirib: “Bu, mövqenin dəyişdirilməsi deyil, reallığın etirafıdır”.
ABŞ lideri sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışında qeyd edib ki, əgər Moskva Ukrayna münaqişəsinin həllinə razılıq verməsə, Vaşinqton Rusiyaya qarşı “ciddi tariflər” tətbiq etməyə hazırdır.
Tahir Turan
Globalinfo.az