“Cenevrədə keçirilən nüvə danışıqlarında İran Vaşinqtonun əsas tələblərini nəzərə almır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Vens brifinqin yekunlarına əsasən irəliləyiş əlamətləri görmədiyini bildirib:
“Müəyyən mənada danışıqlar yaxşı keçdi, tərəflər daha sonra yenidən görüşmək barədə razılığa gəldilər. Lakin tam aydın oldu ki, Prezident (Donald Tramp – red.) bəzi “qırmızı xətlər” müəyyən edib ki, iranlılar onları hələ qəbul etməyə hazır deyillər”.
Safura Bənnayeva
Globalinfo.az