v0

Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 5 278 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat yayıb.

O bildirib ki, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb:

“190 bina tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 41 069 nəfər tibb müəssisələrində müalicəyə cəlb olunub.

Ümumilikdə 128 324 ailəyə müvafiq yardım göstərilib, 23 587 nəfər 107 müvəqqəti sığınacaq düşərgəsində yerləşdirilib, zərərçəkmişlərə 10 964.97 ton ərzaq məhsulu paylanılıb”.

Xatırladaq ki, Venesuelada iyunun 24-də iki ardıcıl güclü zəlzələ olmuşdu.

Paylaş: