2XAQSXZCQ5IZVILCNWJTMESMQM

İyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 4490 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə Milli Assambleyasının sədri Xorxe Rodriges teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yaralananların sayı 16740 nəfər olaraq qalır. İndiyədək dağıntılar altından 6462 nəfər sağ xilas edilib.

Rəsmi məlumata əsasən, zəlzələlər nəticəsində 17907 nəfər evsiz qalıb.

Xilasetmə və bərpa işləri davam edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: