resize 3

Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov yeni üzvlərin öz bilik və bacarıqları ilə vəkilliyin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda vəkillik peşəsini tanıtmaqdır:

“Çox təəssüf ki, 2018-ci ilədək Vəkillər Kollegiyası təşkilat olaraq tanınmayıb. Kollegiya nə ölkə səviyyəsində, nə də beynəlxaq səviyyədə özünü tanıda bilib. Son 5 il ərzində bizim əsas hədəfimiz ondan ibarət olub ki, ölkəmizdə vəkillik peşəsi tanınsın, eyni zamanda vəkilliyə maraq artsın. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan bütün bunlara nail olmaq qeyri-mümkün olardı. Çalışacağıq ki, növbəti 5 ildə vəkillik fəaliyyətində mövcud olan boşluqlar aradan qaldırılsın, vəkillər daha peşəkar və sərbəst formada fəaliyyət göstərə bilsinlər”.

Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 5 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

Bundan başqa, iclasda “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”, “Gənc vəkillər komitəsi” və “Fərdi vəkillərin koordinasiyası komitəsi”nin təsis edilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilib.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “Ekosid” cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi barədə məruzə ilə çıxış edib.

İclasda, həmçinin Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvlərinin yeni tərkibi təyin edilib. Belə ki, vəkillər Hüseynov Turqay İmamqulu oğlu, Həsənov Fərid İzafət oğlu, Məhərrəmov Oktay Əvəz oğlu, Rüstəmzadə Ayxan Xankişi oğlu, Mirzəyev Şaiq Səyyad oğlu Komissiyanın yeni üzvləri kimi təyin olunublar.

Eyni zamanda iclasın gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılıb.

331ffca3 ee52 362e 962f 8831eb8f50d5 9b5ce641 9317 3499 b2a7 785dac9a350d 3f3aed0b 3146 3656 a429 7cfde544aab9 d162625d adf6 3e07 b614 8be7aff88fcc

8262387f b3ff 38b3 90bd 76c71621b71a d57f2418 12c3 3e27 8e02 e8dc765ca1eb 5d48749d 342d 3cf1 8c7d fb757ca39f5d

Paylaş: