Vəfat edən jurnalistin səfəröncəsi SƏSYAZISI: “Yaşamaq istəyirəm…”

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə – ata yurdunda vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumla bağlı maraqlı məqamlar məlum olub.

Nənəsinin məzarını axtarmaq üçün Kəlbəcərə getməyə hazırlaşan jurnalistin səfərdən öncə yaxınlarına göndərdiyi votsap səsyazısı ortaya çıxıb.

Həmin səsyazıda Z. Hüseynzadə yaşamaq istəyini bildirərək bir neçə həssas məqama toxunub.

Sözügedən səsyazını təqdim edirik: