Vatsapda yeni funksiya

Vatsap istifadəçilərinə yeni funksiya təqdim edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Yeniliyə əsasən, Vatsapda göndərdiyiniz mesaja 15 dəqiqə ərzində düzəliş edə biləcəksiniz. Mesajın üstündə “düzəliş edildi” yazılsa da, köhnə mesajı görmək mümkün olmayacaq.