Vaşinqtondan Ankaraya son dəqiqə zəngi: Blinken Fidanla nə danışdı?

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, rəsmilər arasında əlaqənin Vaşinqtonun tələbi ilə yaradıldığı bildirilib.

Nazirlər regional və qlobal məsələləri, İsveçin NATO-ya üzvlüyü, F-16 mövzusu və medafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.

O cümlədən, telefon danışığı zamanı Qəzzadakə son vəziyyət və HƏMAS-İsrail qarşıdurması da əsas mövzulardan biri olub.

Əliyar Xəlil
Globalinfo.az