1759248390 abs mudafie naziri

ABŞ Konqresində demokratlar müdafiə naziri Pit Heqsetin istefasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Konqres üzvü Yassamin Ansarinin gələn həftə nazirin impiçmenti barədə qətnamə təqdim edəcəyi bildirilib.

Sənəddə nazirin andı pozması və amerikalı hərbçilərin həyatına təhlükə yaratması əsas kimi göstərilib:

İran əleyhinə əməliyyatlarda artıq 370-dən çox ABŞ hərbçisi yaralanıb. Müdafiə nazirinin hərəkətləri ciddi pozuntular, hətta hərbi cinayətlər kimi qiymətləndirilməlidir.

Həmçinin, Donald Trampın “dəlisov bəyanatları” səbəbindən ABŞ Konstitusiyasının 25-ci düzəlişinin tətbiq edilərək Prezidentin vəzifəsindən azad edilməsi tələb edilib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: