“ABŞ Hərbi Hava Qüvvələri çox güman ki, “B-1B Lancer” strateji bombardmançılarından imtina edəcək, çünki onlar köhnəlib. Bu silah Vaşinqtonun potensial rəqibləri olan Rusiya və Çinin hava hücumundan müdafiəsi səviyyəsinə cavab vermir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The National Interes” jurnalı yazıb.
Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri gələcək təhlükələrə qarşı strateji mövqeyini gücləndirmək fikrindədir.
“Artan silahlanma fonunda Rusiya “3M22 Zirkon” raketini yaradaraq hipersəs silahları sahəsində ABŞ və Çini xeyli geridə qoyub”, – deyə nəşr əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az