Vaşinqton təsdiqlədi: Rusiyanın aktivləri Ukraynaya verilir

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynaya yardım haqqında qanun layihəsi Nümayəndələr Palatasında konqresmenlərin əksəriyyəti tərəfindən dəstəklənib.

Qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.  Qanun layihəsi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsini nəzərdə tutur.