“ABŞ hələ İranın dinc nüvə proqramına icazə verib-verməyəcəyi barədə bir qərara gəlməyib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz hələ bu barədə qərar verməmişik. Bir qərara gələcəyik, amma hələ ki gəlməmişik”, – o qeyd edib.
Tramp bu məsələ ilə bağlı yekun qərarın qarşıdakı mərhələlərdə veriləcəyini bildirib.
Aysel Əliyeva
Globalinfo.az