Vasif Talıbovun qardaşının yerinə təyinat

Naxçıvan Muxtar Respublikası prokuroruna yeni müavin təyin edilib.

Globalinfo.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

İnformasiya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu vəzifəni daha əvvəl Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov tuturdu.