Talıbovun Bakıdakı şirkətində yoxlamalar aparılır

Naxçıvanda Sürət Kargo MMC-nin ofisində yoxlamalar başlayıb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.

Məlumata görə, adıgedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. Sürət Kargo MMC  Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə monopoliyaçı kimi tanınır.

Son anda aldığımız məlumata görə, Sürət Kargo MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.