Vasif Talıbovun qardaşının saxlanılması ilə bağlı YENİ XƏBƏR – FOTO / YENİLƏNDİ

 

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya hüquq mühafizə orqanlarından bildirilib.

***

21:23

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.

Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Əməkdaşımızın Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.