Vasif Talıbovun açılışını yubatdığı “ASAN xidmət” mərkəzindən YENİ XƏBƏR – FOTO

Naxçıvan şəhərində “ASAN Xidmət” mərkəzinin açılışı planlaşdırılır.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, artıq mərkəzin tikintisi və daxili tərtibat işləri tam yekunlaşıb və yaxın vaxtlarda açılış baş tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 16 yanvar 2020-ci il tarixdə imzaladığı sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayırıb. Lakin Vasif Talıbovun dövründə mərkəzin açılışı yubandırılıb.

Malik
Globalinfo.az