1676745868 vas

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı yaralanan mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev Xalq artisti Firəngiz Mütəllimovanın qohumudur.

Globalinfo.az “Mətbuat”a istinadən xəbər verir ki, bu barədə Firəngiz Mütəllimova sosial media hesabında bildirib. Xalq artisti dayısı nəvəsi Vasif Tağıyevi evində ziyarət edib.

“Mənim qəhrəman balam, Vasif, dayım nəvəsi, ürəyim. Səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntı, həyəcan geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol, mərd balam. Allah səni və əzizlərini qorusun”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

331212807 716058556645312 3004880297186653159 n 331118636 1547239169106066 7447409408611345632 n 331475814 208193321727388 8781337221256364773 n 331674453 1359689634819208 309101665462749396 n

331538554 1894565937546902 6653679595307817331 n 331782392 215405427540701 8803243192291814235 n

Paylaş: