Ruben Vardanyan həbsxanadan Ermənistanın insan hüquqları müdafiəçisi Anahit Manasyana mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.
Ruben ailəsinin Bakıya gəlməsini xahiş edib.
“Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı o qeyd etdi ki, artıq sizinlə Bakıya səfər etmək imkanını müzakirə edib. Azərbaycan tərəfi bunun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib.
Xahiş edirəm, sizin və lazım gələrsə, digər ermənilərin qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirəsiniz. Həyat yoldaşım Veronika Zonabend Bakıya səfər etməyə hazırdır”, – Vardanyan bildirib.
Qeyd edək ki, R.Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilib.
Əliyar Xəlil
Globalinfo.az