Vardanyan: “Məni təəccübləndirən odur ki…”

Keçmiş qondarma rejimin qanunsuz silahlı birləşmələrinin nümayəndəsi Senor Həsrətyan Bakıda istintaq təcridxanasında saxlanılan Ruben Vardanyanla Xankəndidə keçirilən görüşündən danışıb.

Globalinfo.az xəbər verir ki, o, R.Vardanyanın antiterror əməliyyatlarından aylar əvvəl separatçıların vəziyyətindən narahat olduğunu bildirib.

“Təxminən 2023-cü ilin yaz ayları idi. Xankəndidə “Rosia” kafesində oturub Rubenlə Qarabağ və ətrafında cərəyan edən hadisələri müzakirə edirdik. O, “dövlət naziri” postunu yenicə tərk etmişdi. Dedim ki, Azərbaycan tərəfində sənin adın tez-tez çəkilir, bundan narahat olurmu? Ruben isə daha çox Xankəndi daxilindəki “elita”nın hər fürsətdə bir-birini qaralamağa çalışmasından, cinayətkarlığından narahat olduğunu bildirdi. Dedi ki, burada bir muzdluya 200 dolar qarşılığında məni öldürmək tapşırığı verilsə, qəti təəccüblənmərəm, məni təəccübləndirən 200 dollar qarşılığında kimisə öldürməyə hazır insanın olmasıdır”.

Ayşən Mustafa
Globalinfo.az