“Vaqner”in taleyi necə olacaq? – Politoloqdan versiya

“Yevgeni Priqojinin öldürülməsindən sonra “Vaqner” ləğv ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, buradakı silahlılar digər muzdlu hərbi şirkətə transfer olunacaq:

“Vaqner” Qərb tərəfindən terror təşkilatı kimi tanınır və ciddi hərbi cinayətlər törədiblər. Rusiyanın imicinə zərbə vurulub, üstəlik, daxildə hərbi qiyam etməklə V.Putinin zəifliyini nümayiş etdirdilər. Kreml bu qruplaşmadan yaxasını qurtarır. “Vaqner”i əvəz edəcək yeni hərbi şirkət Rusiyanın Afrika və bir sıra regionlarda siyasətini davam etdirəcək.
Kremldə elita daxilində qarşıdurmaların davam edəcəyi gözlənilir”.

Turan Rzayev
Globalinfo.az