yol 4

17:53

Rusiyanın Lipetsk vilayətinin Krasnoye kəndi yaxınlığında “Vaqner” özəl hərbi şirkətinin kolonu görünüb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bunu təsdiqləyən videogörüntülər “Telegram” kanallarından birində yayılıb.

“Meduza”nın geolokasiya edə bildiyi videolara əsasən, “Vaqner” üzvlərinin avtomobilləri dəmir yolu relsləri boyunca hərəkət edirlər.

Bundan başqa Krasnoye kənd sakinləri də mediaya qum kamuflyajında ​​insanları gördükləri barədə məlumat veriblər.

Qeyd edək ki, Moskva həmin ərazinin təxminən 400 kilometrliyindədir.

***

Son məlumatlara görə, “Vaqner” Moskvaya doğru hərəkət edərkən yük maşınlarının barrikadalarını yarıb.

***

“Vaqner” üzvlərinin avtomobilləri Rusiyanın paytaxtı Moskvaya çatır.

Globalinfo.az Reuters-ə istinadən xəbər verir ki, 5 minə yaxın “Vaqner” Moskvaya yaxınlaşır.

***

“Vaqner” artıq Moskva vilayətindədir.

Məlumata görə, “Vaqner”i hazırda Moskvadan 70 kilometr ayırır.

Moskvada da interneti söndürməyi planlaşdırırlar.

Paylaş: