Vens Almaniyanın işlərinə qarışmasın – rəsmi Berlindən etiraz

463574 O

ABŞ-ın vitse-prezidenti C.D.Vens Almaniyanın daxili işlərinə qarışmamalıdır.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Vensin Almaniyada 23 fevralda keçiriləcək seçkilərlə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“Düşünmürəm ki, xarici dövlətlər, hətta dost ölkələr belə seçkilərin bu qızğın ərəfəsində təşviqat kampaniyasına bu qədər müdaxilə etməlidir. Bu, vətəndaşların hüququdur: istədikləri insana səs vermək, başqalarının məsləhətinə qulaq asmamaq”, – deyə hökumət nümayəndəsi bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Vens almaniyalı siyasətçilərə digərlərinin əməkdaşlıq etmək istəmədiyi “Almaniya üçün alternativ” partiyası da daxil olmaqla, bütün partiyalarla işləmək üçün çağırış edəcəyini demişdi.

Aysel Əliyeva
Globalinfo.az