Vankuverdə festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az xəbərinə görə, bu barədə Vankuver polisi məlumat yayıb.
Bilidirilib ki, hadisə nəticəsində 1-i uşaq olmaqla, 9 nəfər ölüb, 6 yaralı var.
***
Kanadanın Vankuver şəhərində avtomobil izdihamın üzərinə sürməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
***
Kanadanın Vankuver şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb.
Globalinfo.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb.
Hadisə küçə festivalı zamanı baş verib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, ölənlərin olduğu bildirilir.
Sürücü saxlanılıb, araşdırma aparılır.
Aysel Əliyeva
Globalinfo.az