Vahid Əhmədovun mandatı hansı halda alına bilər? – Hüquqşünas

Deputat Vahid Əhmədovun bloger Mehman Hüseynova müsahibəsi zamanı dediyi sözlər Milli Məclisdə narahatlıqlar doğurub. Aprelin 25-də keçirilən plenar iclasda vitse-spiker Fəzail İbrahimlinin V.Əhmədova “mandatını qoy, çıx get” deməsi müzakirələrə səbəb olub.

Ümumiyyətlə, deputatın mandatı hansı halda ləğv edilə bilər? Bu, qanunvercilikdə necə tənzimlənir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, qanunvericilikdə Milli Məclisin deputatlığından məhrumetmə və deputat səlahiyyətinin itirilməsi maddəsi var.

Şamil Paşayev 

O bildirib ki, Azərbaycan Respublikasının deputatı mandatdan müəyyən şərtlər əsasında məhrum edilə bilər:

“Əgər deputat ərizə yazaraq mandatından imtina edərsə və ya etik qaydaları kobud pozarsa, səlahiyyətlərini itirmiş olar. Bundan başqa, elə qayda var ki, Milli Məclisin deputatları səsvermə zamanı özləri şəxsən səs verməlidirlər. Amma bu, səsvermə həyata keçirilmədən də ola bilər. Digər tərəfdən, deputat sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olsa, din xadimi kimi fəaliyyət göstərsə, seçki nəticələri düzgün sayılmasa, başqa dövlətin vətəndaşlığını qəbul etsə, cinayət əməli törətsə, mandatdan məhrum edilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az