Nazirlik əməkdaşları qadına belə kömək etdilər – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhərində 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə 1986-cı il təvəllüdlü Z.Məlikovanın barmağından üzüyün təhlükəsiz qaydada çıxarılması təmin edilib.