Uzun müddət gəzməməyin qorxunc nəticələri

Uzun müddət təmiz havada gəzməməyin mənfi nəticələri barədə xəbərdarlıq edilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, həkim Svetlana Vorozhbit çox yeriməyən insanlarda apatiya, zəiflik və immunitetin azalma prosesinin getdiyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, gəzinti olmadan insanın yuxusu pisləşir, digər fiziki fəaliyyət olmadıqda əzələ tonusu azalır və maddələr mübadiləsi pozulur. Bununla bağlı həkim insanları daha çox gəzməyə çağırıb.

Onun sözlərinə görə, gəzinti piylənmə və şəkərli diabet riskini azaldır, ürək-damar, tənəffüs sistemlərinin vəziyyətinə müsbət təsir edir, həzmi stimullaşdırır, ömrün keyfiyyətini eləcə də uzunluğunu artırır.

Bundan əlavə, gəzinti insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Sümükləri, əzələləri və oynaqları gücləndirir. Xüsusilə, ofis işçiləri və işi uzun müddət göz yorğunluğu ilə əlaqəli olanlar üçün aktiv gəzintilər tövsiyə edilir.