ÜST-ün baş direktoru təhdid olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhdid olunduğunu açıqlayıb.

Globalinfo.az bildirir ki. Modern.az xəbər verir ki, ÜST-ün baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.

“Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm”, – deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kim tərəfindən təhdid edildiyini açıqlamayıb.