ÜST rəhbəri AÇIQLADI: Dekabrda 10 min insan …

Dekabrda dünyada “Covıd-19” virusundan 10 min insan həyatını itirib. 

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, 2023-cü ilin noyabr ayı ilə müqayisədə dekabrında xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı 42, reanimasiya şöbəsinə yerləşdirilənlərin sayı isə 62 faiz artıb:

“Bunu 50-yə yaxın ölkədən, əsasən də Avropa və Amerikadan əldə edilən məlumatlar sübuta yetirir. Şübhəsiz ki, digər ölkələrdə qeydə alınmayan artımlar var”, – deyə ÜST rəhbəri vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az