ÜST fövqəladə iclas keçirir – Qorxunc virus yayıla bilər

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi avqustun 14-də toplanacaq.

Globalinfi.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsi hesabında bildirib.

O bildirib ki, təcili iclas Afrikada tüğyan edən meymunçiçəyi ilə bağlıdır.

Xüsusən Konqo Demokratik Respublikasında davam edən epidemiyanın qitənin digər ölkələrinə keçmə ehtimalı narahatlıq yaradıb.

Qeyd edək ki, meymunçiçəyinə yoluxmuş şəxs müalicə ilə sağalsa da, onda bəziləri ciddi fəsadlar qala bilir.