pensiya 12

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Globalinfo.az bildirir ki, bu barədə DSMF məlumat yayıb.

Müavinət ödənişləri 9 265 qız, 10 767 oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, birdəfəlik ödənişin məbləği 600 manatdır.

Paylaş: