Uşaq Xəstəxanasının keçmiş inzibati binasında yanğın – YENİLƏNDİ

Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

Keçmiş Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, axşam saat 19:36-da Şəki şəhəri M. F. Axundov küçəsində hazırda fəaliyyət göstərməyən Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.