Uşakova verilən gizli tapşırıq – Kimə zəng edib?

usakov 121

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Prezident Vladimir Putinlə çinli həmkarı Si Cinpin arasında danışıqlardan əvvəl niyə gecikdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “RİA Novosti” agentliyinə məlumat verib.

Dövlət xadimi bildirib ki, tədbir başlamazdan əvvəl ona telefonla zəng etmək tapşırılıb. Bu səbəbdən o, liderlər artıq yerlərini tutanda danışıqlar otağına daxil olub.

Uşakov konkret olaraq, kimə zəng etdiyini açıqlamasa da, tapşırığı yerinə yetirdiyini qeyd edib.

“Prezidentin nümayəndə heyəti qarşısında salona daxil olmaq nadir hadisə deyil”, – deyə prezidentin köməkçisi vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az