rusiya ordusu 1 1

Rusiya Ukraynadakı hədəflərə genişmiqyaslı cavab zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Quru, hava və dənizdən uzaqmənzilli dəqiq silahlar, o cümlədən “Kinzhal” aeroballistik hipersəs raketləri istifadə edilərək böyük bir zərbə endirilib”, – deyə bildirilib.

Qeyd olunur ki, zərbələr müdafiə sənayesi müəssisələrini, hərbi aerodromları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən yanacaq və nəqliyyat infrastrukturu obyektlərini hədəf alıb.

Daha əvvəl bildirilmişdi ki, 14 may gecəsi hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində 26 Ukrayna pilotsuz uçuş aparatını vurub.

Rusiyanın on iki bölgəsinə, o cümlədən Voronej, Novqorod, Kaluqa, Smolensk və Tver bölgələrinə, eləcə də Moskva bölgəsinə və Krıma hücum edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: