Bu gün bura Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını daha da dərinləşdirmək üçün gəlmişəm.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Yenidən Bakıda olmaqdan məmnunam. Bura zəngin və qədim irsin möhtəşəm müasir memarlıqla qovuşduğu füsunkar şəhərdir. Bu, eyni zamanda, bugünkü Azərbaycanın gələcəyə yönəlmiş ambisiyalarının əksidir. Bu gün bura Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyan və Prezidentin də qeyd etdiyi kimi, real dinamika qazanan tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün gəlmişəm”, – deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.