kurenkov

Aprelin sonunda Sverdlovsk və Kurqan vilayətlərində baş verən şiddətli yanğınlar zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Qərbi Sibir və Urala ezamiyyət əvəzinə Azərbaycana istirahətə gedib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Agents media” nəşri “Proyekt”in araşdırmasına istinadən yazır.

Sverdlovsk vilayətində aprelin 27-də Sosva kəndi, qonşu Kurqan vilayətində isə bir anda bir neçə kənd demək olar ki, tamamilə yanıb. Həmin yanğınlarda 23 nəfər həlak olub.

Aprelin 28-də Fövqəladə Hallar Nazirliyinin rəhbəri Moskvadan uçsa da, yanğın yerinə yox, Bakıya gəlib. Onunla birlikdə həyat yoldaşı və əvvəlki vətəndaş nikahından olan oğlu uçub. Rəsmi məlumatlara görə, o vaxt Azərbaycanda nə yanğın baş verib, nə də Fövqəladə Hallar Nazirliyinin rəhbərinin iştirakını tələb edən hər hansı rəsmi tədbir olub. Çox güman ki, o, istirahətə gəlib.

Nazir “yanğınların aradan qaldırılması strategiyasını müəyyən etmək” üçün yalnız mayın 8-də Kurqan vilayətinə yollanıb. Bu vaxta qədər artıq qonşu Tümen vilayəti alovlanırdı.

893f6b30003ea255b5a2127641acd788photo 2023 08 21 13 10 23 jpg

Paylaş: