Ünvanlı sosial yardım artırılır – Məbləğ

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.

Globalinfo.az bildirir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.

Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.