
Bu gün sabiq xarici işlər naziri Elmar Məmmədyarovun doğum günüdür.
Globalinfo.az bununla bağlı onun təəssüratlarını öyrənib.
Sabiq nazir ad gününü təntənəli şəkildə qeyd etmədiyini bildirib:
“Doğum günümü övladlarımın yanında keçirirəm. Mənim üçün 65 ildə ən gözəl hədiyyə iki oğlumdur. Onlarla fəxr edirəm!”.
E.Məmmədyarov həyatının ən unudulmaz xatirəsini də bölüşüb:
“Övladlarımın dünyaya gəlməsindən əlavə, həyatımda yadımdan çıxmayan tarix də var. Bu da Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olmasıdır”.
Xatırladaq ki, Azərbaycan ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçilib.
Qeyd edək ki, Elmar Məmmədyarov 2 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub.
Globalinfo.az kollektivi onu təbrik edir, uğurlar diləyir!
Zaira Akifqızı
Globalinfo.az