usa

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırlanmış “sülh planı”nın müzakirəsi üçün ABŞ-da keçirilən görüşlərin uğurlu olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, Umerov bu barədə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, ABŞ administrasiyasının RusiyaUkrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü təşəbbüslə bağlı danışıqlar davam edir və proses “ədalətli sülhün əldə olunması” məqsədi daşıyır.

Umerov Ukrayna Prezidenti Volodimir Zelenski ilə daim əlaqədə olduğunu vurğulayaraq, qarşıya qoyulan prioritetlərin ölkənin milli maraqlarının qorunması, konkret dialoq və Cenevrədə əldə olunan nəticələr üzərindən irəliləmək olduğunu bildirib.

Paylaş: