Ülvi Həsənli qaçaqmalçılıqda ittiham olunur – DİN şərh etmədi / YENİLƏNİB

Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edilib.

“Abzas Media” saytının direktoru Ülvi Həsənli saxlanılıb.

Globalinfo.az xəbər verir ki, “Unikal” onun hava limanına gedərkən saxlanıldığını yazıb.

DİN yayılan məlumata münasibət bildirməyib.

***11:47

“Abzas Media” saytının direktoru Ülvi Həsənli saxlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, Ü.Həsənli Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hələ ki, onun saxlanılma səbəbi bilinmir.

Qeyd edək ki, sayt rəhbəri bu gün səhər xarici ölkələrdən birinə getməli imiş. O, səhər saatlarında hava limanına yola düşüb.