“Ulduz” şokolad fabrikində şok hadisə – İşdən çıxarıldığını öyrənən fəhlə…

Bakı şəhər Nizami rayonu Z.Məmmədov küçəsində yerləşən “Ulduz” şokolad fabrikində intihara cəhd olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, fabrikdə fəhlə işləyən 1963-cü il təvəllüdlü Sakit Bəxtiyar oğlu Nəsirov vintaçanla qarın nahiyəsinə zərbələr endirib. Deşici alətlə özünə xəsarətlər yetirən fəhlənin əməlinin qarşısı alınıb. O, xəstəxanaya aparılıb, hazırda vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı araşdırmalar aparılıb. İlkin olaraq məlum olub ki, S.Nəsirov işdən çıxarıldığına görə bu addımı atıb. O, həmin gün əmək müqaviləsinə şirkət tərəfindən xitam verildiyini öyrənib və özünü öldürmək istəyib.

Araşdırmalar davam etdirilir.

Malik
Globalinfo.az