Ulduz futbolçu: “Bilmirəm, niyə bu mükafatı aldım”

Belçika millisinin yarımmüdafiəçisi Kevin de Bruyne DÇ-2022-nin qrup mərhələsində Kanada üzərində qələbəni (1:0) şərh edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Mançester Siti”nin futbolçusu matçın ən yaxşısı seçilməyə layiq oyun sərgiləmədiyini bildirib:

“Pis oynadım. Bilmirəm, niyə bu mükafatı aldım. Komanda olaraq çox yaxşı oynamadıq, xüsusən də, birinci hissədə”.