tramp 01jpg 1730115207

ABŞ Ukraynaya yardım kimi göndərdiyi vəsaitləri geri qaytarmağa çalışır. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, ABŞ daha əvvəl Ukraynaya yardım olaraq göndərilən vəsaitləri qaytarmağa çalışır və buna nail olacaq.

“Mən pullarımızı geri qaytarmaq, yaxud da onların təhlükəsizliyini təmin etmək istəyirəm. Avropa 100 milyard dollar verib, ABŞ isə 350 milyard dollar. Mən istəyirəm ki, Ukrayna tərəfi bu pulların müqabilində bizə nə isə versinlər. Biz pullarımızı geri qaytaracağıq, çünki bu, ədalətsizlikdir”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: