Ukraynaya kütləvi raket hücumu oldu

Bu gün səhər saatlarında Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Bildirilib ki, Kiyev istiqamətinə qanadlı raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələri vətəndaşları sığınacaqlara girməyə çağırıb.

Həmçinin Kropivnitski şəhərində partlayış səsləri eşidilib.

Məlumata görə, Dnepr vilayətində də güclü partlayış olub. Əraziyə “Kinjal” raketlərinin atıldığı ehtimal edilir.

Hücumlarla əlaqədər olaraq ölkədə hava həyacanı elan edilib.