Danışıqların başlanması ilə Ukraynaya hərbi yardımın bərpası mümkündür.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Jurnalistlərlə söhbət zamanı Kiyevə hərbi yardımların dayandırılması məsələsinə münasibət bildirən Vens yardımın bərpasının mümkünlüyünü istisna etməyib.
“Prezident Donald Tramp açıq şəkildə bildirir ki, onun istəyi ukraynalıların danışıq masasına qayıtmalarıdır. Düşünürəm ki, onlar masaya əyləşdikdən sonra bütün məsələlər nəzərdən keçiriləcək”, – Vens qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə görüş keçirilib. Görüş zamanı tərəflər arasında mübahisə düşdüyündən Zelenski Ağ Evi tərk edib, planlaşdırılan nahar və mineral sazişinin imzalanması da baş tutmayıb. Ardınca isə Tramp administrasiyası Kiyevə hərbi yardımların dayandırıldığını elan edib.
Aysel Əliyeva
Globalinfo.az