1702618175 abs senat ukrayna

Ukrayanın NATO-ya birbaşa üzv olmasına əsas qarşı çıxan ölkələr ABŞ və Almaniyadır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” qəzeti çıxış edib.

Qəzetin məlumatına görə, alyans daxilində çoxları birbaşa üzvlük məsələsinə isti yanaşmırlar.

“Politico”ya danışan ABŞ-ın NATO-dakı səfiri Culian Smit alyansın hələlik Ukraynaya belə təklif vermək səviyyəsinə çatmadığını deyib. Nəşr yazır ki, Vaşinqton rəsmiləri müharibə tamamilə bitdikdən sonra Kiyevin alyansa üzvlüyünü nəzərdən keçirə bilərlər.

Ümumilikdə Ukraynanın NATO üzvlüyünə Macarıstan və Slovakiyanın tam şəkildə qarşı çıxdığı açıqlanıb. Bu məsələ ilə bağlı Belçika, Sloveniya və İspaniyanın da sözügedən dövlətlərlə həmfikir olduqları, lakin səssiz qaldıqları bildirilir.

Qəzetin mənbəsi bu ölkələrin ABŞ və Almaniyanın arxasında gizlənməyə çalışdıqlarını yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: