“Hakimiyyət tərəfindən xarabalığa çevrilən Ukraynaya görə heç kim dünyanı məhv etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu geopolitoloq Karolin Qalakteros deyib.

O bildirib ki, Ukraynadakı münaqişə silah sövdələşməsinə şərait yaratdığı üçün davam edə bilər.

“Qərb Moskvanın heç vaxt cavab verməyəcəyini düşünərək Rusiyanı təxribata çəkməyə davam edir. Amma əslində heç kim daha ciddi eskalasiya istəmir. Ona görə də, heç kim Zelenski tərəfindən xarabalığa çevrilən Ukrayna naminə planeti məhv etmək fikrində olmayacaq. Qərb siyasətçiləri əmindirlər ki, Ukraynadakı münaqişə davam etdirilə bilər. Çünki bu, onlara pul qazanmağa və silah satışı ilə bağlı sövdələşmələr aparmağa imkan verir”.

Qalakteros hesab edir ki, Avropa ölkələri süni şəkildə Rusiya ilə qarşıdurma yaradır.

“ABŞ Rusiya ilə Avropa arasında mental və ideoloji divar çəkə bilib. Biz danışıqları, etimadı bərpa etməyə çalışmalı, hər iki tərəfin təhlükəsizlik ehtiyaclarını nəzərə almağa imkan verən yollar tapmalıyıq”, – Qalakteros vurğulayıb.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: