kollaj

Ukraynanın NATO-ya üzvlük ehtimalı Avropanın təhlükəsizliyi baxımından mənfi nəticələr doğuracaq.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz bilirik ki, Ukraynanın NATO-ya üzvlüyü istiqamətində intensiv müzakirələr gedir. Rusiyanın mövqeyi başadüşüləndir. NATO-ya üzvlük məsələsi Avropanın təhlükəsizliyi üçün mənfi nəticələrə səbəb olacaq. Bu, ölkəmiz üçün təhdiddir və bizdən kifayət qədər sərt reaksiya tələb edir”, – Peskov bildirib.

Tahir Turan
Globalinfo.az 

Paylaş: